Azərbaycanlı kişiyə görə ukrayna və almaniyalı qadınlara  cinayət işi AÇILDI
05 dekabr 2025 09:52 (UTC +04:00)

Azərbaycanlı kişiyə görə ukrayna və almaniyalı qadınlara cinayət işi AÇILDI

0

Rusiyanın Volqoqrad şəhər Federal Təhlükəsizlik Xidməti idarəsinin əməkdaşları regional DİN-in operativ xidmətləri ilə birlikdə iki cinayətkar qadını ifşa ediblər.

Lent.az yerli mediaya istinadla bildirir ki, onlardan biri Ukraynanın Odessa vilayətindən, digəri isə Almaniyadan olan şəxslərdir.

Onlar Azərbaycan vətəndaşının Rusiyada leqallaşmasına şərait yaradıblar. Azərbaycanlı həmin qadınlardan biri ilə saxta nikah bağlamaqla ölkədə müvəqqəti yaşama icazəsi əldə edib.

İdarənin istintaq şöbəsi qadınlar barəsində cinayət işi açıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar