Azərbaycanlı sürücü Qazaxıstan çöllərində son anda  XİLAS OLDU
18 yanvar 2023 12:59 (UTC +04:00)

Azərbaycanlı sürücü Qazaxıstan çöllərində son anda XİLAS OLDU

Qazaxıstanda azərbaycanlı sürücü son anda ölümdən xilas olub.

Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, Kostanaydan paytaxt Astanaya gedən "VOLVO" markalı yük maşınının sürücüsü olan Azərbaycan vətəndaşı yolu qısa etmək üçün başqa marşrut seçib. 

Amma 80 kilometr gedəndən sonra Kamistin rayonu ərazisində fəlakətə düçar olub. Belə ki, kəskin şaxta ucbatından onun maşınının mühərriki dayanıb. 

Donub ölməklə üz-üzə qalan Azərbaycan vətəndaşını yerli FHN son anda xilas edə bilib. O, qısa müddət ərzində isti yeməklə təmin edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2186

Oxşar yazılar