Maşının nömrəsini dəyişdirməyin rüsumu nədir? - CAVAB
13 oktyabr 2026 10:42 (UTC +04:00)

Maşının nömrəsini dəyişdirməyin rüsumu nədir? - CAVAB

0

Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzusu avtomobilin dövlət qeydiyyat nişanının dəyişdirilməsi ilə bağlıdır. 

Avtomobildə yararsız hala düşən dövlət qeydiyyat nişanını dəyişdirməyin rüsumu nədir?

Lent.az xəbər verir ki, "Yol hərəkəti haqqında" Qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi həmin nişanın yenisi ilə əvəz edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etməlidir. 

"Dövlət rüsumu haqqında" Qanuna əsasən, bu proses üçün dövlət rüsumu 30 manat təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar