Azərbaycanlılar Rusiyadan deportasiya olundu
02 sentyabr 2025 12:06 (UTC +04:00)

Azərbaycanlılar Rusiyadan deportasiya olundu

0

Rusiyanın Nijni Novqorod vilayətində miqrasiya qanunvericiliyini pozduqlarına görə altı xarici vətəndaş deportasiya olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, Misir, Azərbaycan və Qırğızıstandan gəlmiş əcnəbilər Rusiya Federasiyası ərazisinə giriş və ya qalma qaydalarını pozduqları üçün vilayətdən çıxarılıb. Onların ölkədə müvəqqəti yaşama və işləmək hüququnu təsdiqləyən sənədləri olmayıb.

Qanun pozucularına növbəti beş il ərzində Rusiyaya giriş qadağası qoyulub.

İlin əvvəlindən Nijni Novqorod vilayətindən 600-dən çox miqrant regiondan çıxarılıb. Deportasiya olunanların əsas hissəsini Ermənistan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Türkmənistandan gələn şəxslər təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 968

Oxşar yazılar