"Azəriqaz" İstehsalat Birliyi vətəndaşa 3 444.4 manat məbləğində borcun ödənilməsi üçün akt tərtib edib.
Lent.az oxu.az-a istinadla xəbər verir ki, iddiaçı tərəf borcun silinməsi üçün məhkəməyə müraciət edib.
İddiaçı iddiasını onunla əsaslandırıb ki, İB tərəfindən hesablanan borc 2016-cı ildə vəfat edən atasının adınadır. Vətəndaş ona görə də hesab edir ki, yazılmış borc qanunsuz və əsassızdır.
Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə iddia təmin edilib və vətəndaşın üzərinə qoyulan 3 444.4 manat borc silinib.
Lent.az-ın məlumatına görə, "Azəriqaz"ın tərtib etdiyi akt təbii qazdan sayğacdan kənar istifadə olunması ilə bağlı olub. Qurumun hesabatına görə, bu illər ərzində abonent ümumilikdə 12528 kub qaz sərf edib. Məhkəmə iddiaçının iddiasını təmin etməklə yanaşı 54 manat dövlət rüsumunu da "Azəriqaz"ın boynuna qoyub.