Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 2 km aralı dənizdə nəzarətsiz ərazidə 1990-cı il təvəllüdlü Məmmədli Məqsəd Əlisahib oğlunun meyiti aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
***
21:31
AzTV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Məmmədli Məqsəd Əlisahib oğlu dənizdə boğulub ölüb.
Lent.az xəbər verir ki, bu barədə AzTV-nin “Facebook” hesabında məlumat verilib.
Onun İnformasiya Proqramları studiyasının prodüseri olduğu bildirilir.

