Bakı Dairəvi yolunda "Cobalt" kişini vurub öldürdü
05 iyun 2025 11:38 (UTC +04:00)

Bakı Dairəvi yolunda "Cobalt" kişini vurub öldürdü

Bakıda avtomobil piyadanı vurub.

Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Yasamal rayonu Bakı dairəvi yolunda baş verib.

Məmmədov Kənan Rahin oğlu idarə etdiyi "Chevrolet Cobalt" markalı avtomobillə Badamdar qəsəbəsi istiqamətində hərəkətdə olarkən piyada, 38 yaşlı Mirzəyev Ruslan Fərman oğlunu vurub. Nəticədə kişi hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar