Bakıda küçələrdən 3 nəfərin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, hadisələrdən biri Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 37 yaşlı Qoca Şam oğlu Qocayevin meyiti küçədə aşkarlanıb. Onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Digər iki hadisə isə Nizami rayonu ərazisində qeydə alınıb. 75 yaşlı Babayeva Xuraman Rəhim qızı və 56 yaşlı Əliyev Rasim Məmmədoviçin meyitləri də rayon ərazisində küçədə tapılıb.
Meyitlərin üzərində zorakılıq əlamətləri olmayıb. Onların xəstəlik səbəbilə öldükləri ehtimal edilir.
Araşdırma aparılır.