Bakı-Qazax yolunda QƏZA:  bir ailənin  4 üzvü  yaralandı
08 oktyabr 2025 12:17 (UTC +04:00)

Bakı-Qazax yolunda QƏZA: bir ailənin 4 üzvü yaralandı

0

Kürdəmirdə yol qəsası olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Sığırlı kəndindən keçən hissəsində baş verib.

"Mitsubishi Pajero" markalı minik maşını idarəetmədən çıxaraq beton dirəyə çırpılıb. Nəticədə 4 nəfər - 46 yaşlı Maqsud Qaraşov, 15 yaşlı Yusif Maksud oğlu Qaraşov, 35 yaşlı Aytac Elxan qızı Qaraşova və 79 yaşlı Məxmər Xalıqverdi qızı Qaraşova müxtəlif xəsarətlər alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar