Bakı və Sumqayıtda avtomobillər qaçırıldı
06 iyun 2023 11:28 (UTC +04:00)

Bakı və Sumqayıtda avtomobillər qaçırıldı

Bakı və Sumqayıtda maşın qaçıranlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən “BMW” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.   

Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Nəsimi rayonu ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Ağayev müəyyən olunaraq saxlanılıb. 

Sumqayıt şəhəri ərazisindən isə “Toyota” markalı avtomobilin qaçırılması barədə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Rəşad Xəlilov iyunun 4-də həmin avtomobili idarə edərkən saxlanılıb. 

Hər iki faktla bağlı araşdırma aparılır.

# 1227
avatar

Oxşar yazılar