Bakıda "07" divara çırpıldı,  sürücü öldü
04 iyun 2025 11:10 (UTC +04:00)

Bakıda "07" divara çırpıldı, sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə səhər saat 5:35-də Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində baş verib.

Yüzbaşov Elnur Rafiq oğlunun “VAZ-21074” minik markalı avtomobili idarəetmədən çıxaraq, daş hasara və elektrik dirəyinə çırpılıb. Nəticədə ağır xəsarət alan sürücü yerləşdiyi Kliniki Tibbi Mərkəzdə ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 576

Oxşar yazılar