Bakıda 35 minlik OĞURLUQ:  saxlanılanlar var
06 oktyabr 2025 16:50 (UTC +04:00)

Bakıda 35 minlik OĞURLUQ: saxlanılanlar var

0

Bakıda oğurluq edənlər saxlanılıb.

Lent.az xəbər verir ki, paytaxtın Sabunçu rayonunda bir nəfərə məxsus evin həyətindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 20 yaşlı Z.Zeynalov və 31 yaşlı Ü.Xudayev polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulublar.

Araşdırmalarla həmin şəxslərin digər bir rayon sakininin həyətindən 35000 manat dəyərində məişət əşyaları talamaları da məlum olub.

Binəqədi rayonunda isə evlərin birindən 800 manat və 7200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 38 yaşlı R.Hüseynov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 596

Oxşar yazılar