Bakıda aptekdə SOYĞUNÇULUQ:  saxlanılan var
05 noyabr 2025 16:20 (UTC +04:00)

Bakıda aptekdə SOYĞUNÇULUQ: saxlanılan var

0

Suraxanı rayonunda soyğunçuluq edən şəxs saxlanılıb.

Lent.az xəbər verir ki, noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib.

Rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib. 

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar