Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, qəza Fətəli xan Xoyski ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb.
“Toyota Prius”, “Chevrolet” və 67 saylı marşrut avtobusu toqquşub. Bir nəfər yüngül xəsarət alıb.
Qəza səbəbindən yolda sıxlıq müşahidə edilib.