Bakıda avtomobil AŞDI,  xəsarət alanlar var
25 iyun 2022 04:48 (UTC +04:00)

Bakıda avtomobil AŞDI, xəsarət alanlar var

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə İzmir küçəsində qeydə alınıb.

Belə ki, “AzSamand” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın yol kənarındakı betona çırpılıb.

Zərbənin gücündən nəqliyyat vasitəsi aşıb. Qəza nəticəsində avtomobilin üç sərnişini və sürücü xəsarət alıb. Yaralılar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

# 1785
avatar

Oxşar yazılar