Bakıda avtomobildə PARTLAYIŞ:  yaralı var - YENİLƏNİB  - VİDEO
23 oktyabr 2025 15:30 (UTC +04:00)

Bakıda avtomobildə PARTLAYIŞ: yaralı var - YENİLƏNİB - VİDEO

0

Bu səhər Bakının Qaradağ rayonunda partlayış olan avtomobilin videosu yayılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayon ərazisindəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.

***
09:03

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu ərazisində avtomobildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə,  dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobilinin qaz balonunda yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1690

Oxşar yazılar