Bakıda itkin düşən azyaşlının tapılması üçün tədbirlər görülür.
Bu barədə Lent.az-a DİN-in mətbut xidmətinin əməkdaşı Elbrus İbrahimov bildilib. Onun sözlərinə görə, itkin düşmüş azyaşlı axtarışa elan edilib.
Onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
***
10:37
Bakıda azyaşlı qız itkin düşüb.
Lent.az-ın məlumatına görə, Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan 10 yaşlı Sokhilə Nugayeva sentyabrın 5-də evdən çıxaraq, bir daha geri qayıtmayıb.
Bu barədə onun anası polisə müraciətində bildirib.
Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır.