Bakıda bayram günləri evləri yaran tutuldu - VİDEO
02 aprel 2024 11:51 (UTC +04:00)

Bakıda bayram günləri evləri yaran tutuldu - VİDEO

Bakının Nizami rayonu ərazisində Novruz bayramı günləri silsilə oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs 3 vətəndaşın mənzilindən pul, qızıl-zinət və digər dəyərli əşyaları ələ keçirib.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törədən, əvvəllər dəfələrlə məhkum olunmuş Yalçın Səfərov saxlanılıb. Onun paytaxtın digər ərazilərində analoji cinayətlərdə əlinin olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

# 1953
avatar

Oxşar yazılar