Bakıda zəhərlənən kişi xəstəxanada ölüb.
Lent.az-ın məlumatına görə, hadisə Nəsimi rayonu, 20 Yanvar küçəsində baş verib.
66 yaşlı Tofiq Allahverdi oğlu Məmmədov yaşadığı evdə dərmandan zəhərlənib. Zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılan kişi orada infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırma aparılır.