Bakıda dövlət müəssisəsində bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Rayon ərazisində yerləşən dövlət müəssisələrinin birində çalışan, 1985-ci il təvəllüdlü Elnur Zeynalovu iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.