Bakıda əməliyyat:  polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi
30 iyun 2025 02:09 (UTC +04:00)

Bakıda əməliyyat: polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi

İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.

DİN-in Mətbuat Xidmətindən Lent.az-a bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi "VAZ-2104" markalı avtomobillə "saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb. 

Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb. 

Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb. 

Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2540

Oxşar yazılar

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

Pulu Rəqsanəyə və onun həyat yoldaşına şəxsən özüm vermişəm - ZƏRƏRÇƏKƏN DANIŞDI

20 avqust 2025 , 16:50
Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə  öldü

Bakıda 20 yaşlı oğlan müəmmalı şəkildə öldü

20 avqust 2025 , 16:43
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

20 avqust 2025 , 15:47
"Vasmoy" bazarında ÖLÜM

"Vasmoy" bazarında ÖLÜM

20 avqust 2025 , 15:31
Yeni doğduğu körpəsini satdı

Yeni doğduğu körpəsini satdı

20 avqust 2025 , 15:16
Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

20 avqust 2025 , 14:53
Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

Şabranda kişi kimyəvi məhluldan zəhərlənib öldü

20 avqust 2025 , 13:48
Rüşvət alan 3 polis  həbs olundu

Rüşvət alan 3 polis həbs olundu

20 avqust 2025 , 13:19