Ötən ilin avqustunda polis əməkdaşları tərəfindən tutulan bloger-jurnalist İlhami Nəsibovun cinayət işi ilə bağlı daha bir neçə nəfər həbs edilib.
Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə özünü “Kanal 21” youtube səhifəsinin rəhbəri kimi təqdim edən Fərhad Quliyev və özünü “bakuxeber.az” saytının rəhbəri kimi təqdim edən Zamiq Quliyev saxlanılıblar.
Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Hər iki şəxs ötən ilin avqustunda həbs edilən bloger İlhami Nəsibovun işi ilə bağlı tutulublar.
Qeyd edək ki, İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.