Bakıda arvadını boğub öldürənə 17 il HƏBS CƏZASI
01 may 2026 15:19 (UTC +04:00)

Bakıda arvadını boğub öldürənə 17 il HƏBS CƏZASI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını boğaraq öldürməkdə təqsirləndirilən Ziyəddin Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Lent.az xəbər verir ki, hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən Ziyəddin Quliyevin 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Ziyəddin Quliyevin 17 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, Z.Quliyev 2025-ci ilin aprelin 20-də Bakının Əhmədli qəsəbəsində ailə münaqişəsi zəminində həyat yoldaşı 25 yaşlı Aysel Qurbanovanı elektrik naqili ilə boğaraq öldürməkdə ittiham olunur.

O, hadisədən sonra könüllü polisə təslim olunub.

Z.Quliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (qəsdən adamöldurmə xüsusi amansizlıqla törədildikdə) maddələri ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar