"Sevdiğim Sensin"də gözlənilməz  anlar: "Evlənmədən olmaz!"  - VİDEO
01 may 2026 19:46 (UTC +04:00)

"Sevdiğim Sensin"də gözlənilməz anlar: "Evlənmədən olmaz!" - VİDEO

0

Baş rollarını Aytaç Şaşmaz və Helin Kandemirin paylaşdığı "Sevdiğim Sensin" serialının son bölümündə Civan (Barış Baktaş) və Nilüfer (Deniz Işın) arasındakı hisslər yeni mərhələyə qədəm qoyub.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Civanın Nilüferə olan heyranlığını dilə gətirməsindən sonra cütlük arasında yaşanan öpüşmə səhnəsi bölümlə bağlı ən çox müzakirə edilən məqam olub.

Öpüşmədən sonra Civanın qəfil geri addım ataraq dediyi sözlər həm Nilüferi, həm də izləyiciləri təəccübləndirib. "Evlənmədən olmaz. Belə edə bilmərəm. Mən sənə sevdalıyam, amma ancaq evlilik..." deyən Civanın bu çıxışı hadisələrin gedişatını fərqli istiqamətə yönəldib.

Sözügedən səhnə qısa müddətdə "X" platformasında "CivNil" həştəqi ilə trendlər siyahısına daxil olub. İzləyicilər Civanın bu mühafizəkar və səmimi yanaşmasına maraqlı şərhlərlə reaksiya veriblər. Serialın artan reytinqləri fonunda bu səhnənin gələcək bölümlərdə cütlüyün münasibətinə necə təsir edəcəyi maraqla gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar