Bakıda ƏMƏLİYYAT:  polisə hücum   edən narkotacir GÜLLƏLƏNDİ
10 oktyabr 2025 15:33 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: polisə hücum edən narkotacir GÜLLƏLƏNDİ

1

Bakıda polisə kəsici alətlə müqavimət göstərən şübhəli şəxs saxlanılıb. 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, gecə saatlarında narkotik vasitələrlə əlaqəli şübhəli şəxs saxlanılarkən cinayət təqibindən yayınmağa çalışıb. 

Əvvəllər dəfələrlə məhkum olunan 39 yaşlı Rahib Məmmədov əlindəki kəsici alətlə (rezakla) polis əməkdaşlarına müqavimət göstərib.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, şübhəli müqaviməti davam etdirdiyinə görə polis tərəfindən xidməti tabel silahı tətbiq edilməklə zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilməklə müvafiq xəstəxanaya yerləşdirilib.

Onun üzərindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq hərəkətləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1243

Oxşar yazılar