Bakıda evdən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ə.Əliyev küçəsində qeydə alınıb.
Həmin ünvanda yerləşən evlərdən birində kişi meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin orada yaşayan, 48 yaşlı təvəllüdlü Ramin Məmməd oğlu Məlikov olması müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.