Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları
21 sentyabr 2026 11:35 (UTC +04:00)

Eşşəkdən pələngədək: məşhurların ən qeyri-adi ev heyvanları

0

Məşhurlar yalnız geyimləri, bahalı avtomobilləri və dəbdəbəli evləri ilə deyil, seçdikləri qeyri-adi ev heyvanları ilə də diqqət çəkirlər. Bəzi dünya ulduzları pişik və it əvəzinə bayquş, eşşək, donuz, hətta pələng kimi heyvanları özlərinə dost seçiblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Hollivud və şou-biznes dünyasında da ekzotik heyvan saxlayan məşhurların sayı az deyil.

Aktrisa Salma Hayekin ən qeyri-adi heyvanlarından biri Kering adlı bayquşdur. Hayek müxtəlif dövrlərdə at, tutuquşu və başqa heyvanlar da saxlayıb.

Məşhur müğənni Mayli Sayrus isə bir müddət Pig-Pig adlı donuz saxlayıb. Müğənni 2014-cü ildə sahibləndiyi donuzla tez-tez sosial şəbəkələrdə fotolar paylaşırdı. 

Qeyri-adi seçim edənlər arasında Riz Uizerspun da var. Aktrisa Honky adlı eşşəyi ilə sosial şəbəkələrdə dəfələrlə görüntülənib.

Keçmiş boksçu Mayk Tayson isə bir vaxtlar üç Benqal pələngi saxlaması ilə məşhurlaşıb.

Aktyor Corc Kluni uzun illər Max adlı donuz saxlayıb.  Leonardo Di Kaprio Afrika tısbağası, Nikolas Keyc isə ilanları ilə gündəmə gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar