Bakıda gecəyarı yaşlı qadını maşın vurub öldürdü
23 mart 2023 13:19 (UTC +04:00)

Bakıda gecəyarı yaşlı qadını maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə bu gecə saat 4 radələrində Nizami rayonu, Heydər Əliyev prospekti 110 ünvanının qarşısında baş verib. Bakı şəhər sakini 37 yaşlı Məmmədov İlkin Natiq oğlu idarə etdiyi “Mersedes Vito” markalı avtomobillə Ağdam rayon sakini 63 yaşlı Cəfərova Şəfiqə Şahmar qızını vurub. Piyada həmin avtomobilin sürücüsü tərəfindən Sabunçu Tibb Mərkəzinə aparılarkən yolda ölüb.

Faktla əlaqədar cinayət işi başlanılaraq istintaq aparılır.

# 1500
avatar

Mehman Nəbiyev

Oxşar yazılar