Evinin  sökülməməsi üçün   altından  yol   çəkdi -  VİDEO
18 noyabr 2026 15:51 (UTC +04:00)

Evinin sökülməməsi üçün altından yol çəkdi - VİDEO

0

Türkiyənin Aksaray şəhərində maraqlı hadisə baş verib. Bələdiyyənin şəhərsalma planında etdiyi dəyişiklikdən sonra ikimərtəbəli evin bir hissəsi yolun üzərində qalıb. Ev sahibi isə qeyri-adi çıxış yolu tapıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Aksarayın Böyük Bölcək məhəlləsində qeydə alınıb.

Xaricdə yaşayan və vətənə tətilə gəldikdə evindən istifadə edən şəxs binanın birinci mərtəbəsinin divarlarını sökərək evin altından tunelə bənzər keçid açıb. Nəticədə məhəllə sakinləri həmin keçiddən yol kimi istifadə etməyə başlayıblar.

Məhəllə nümayəndəsi Songül Demir bildirib ki, ev təxminən üç ay əvvəl bu vəziyyətə salınıb.

“Buradan yol keçir. Xaricdə yaşayan ev sahibi də müvəqqəti çıxış yolu tapıb. Gələcəkdə ev tamamilə söküləcək”, –  o qeyd edib.

Altı yaşlı qızını məktəbə apararkən həmin keçiddən istifadə edən Nur Soylu yeni yolun onların həyatını asanlaşdırdığını bildirib.

“Əvvəllər başqa küçələrdən keçməli olurduq və yolumuz uzanırdı. İndi isə evin altından keçərək məktəbə daha tez çatırıq. İlk dəfə görəndə çox təəccübləndik. Sonra xoşumuza gəldi. Qızımla birlikdə tuneldən keçmək bizim üçün həm maraqlı, həm də əyləncəlidir”, – sakin bildirib.

Qeyri-adi keçid ərazidən ilk dəfə keçən insanların da diqqətini çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 174

Oxşar yazılar