Vulkanların  “qara qutusu”   tapıldı – Püskürmələrin sirrini açılır
18 noyabr 2026 15:22 (UTC +04:00)

Vulkanların “qara qutusu” tapıldı – Püskürmələrin sirrini açılır

0

Alimlər vulkan püskürmələrini əvvəlcədən proqnozlaşdırmağa kömək edə biləcək yeni üsul aşkar ediblər. Məlum olub ki, vulkanik süxurlardakı kristallar yerin dərinliklərində baş verən proseslər barədə mühüm məlumatları qoruyub saxlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqata Avstraliyanın Kvinslend Universitetindən Daniela Parra-Enkalada rəhbərlik edib. Araşdırmada Çili, İspaniya və Argentina alimləri də iştirak ediblər.

Vulkanların “qara qutusu” necə işləyir?

Alimlər vulkanik süxurlarda geniş yayılan plagioklaz mineralını araşdırıblar. Müəyyən edilib ki, onun kristalları maqmanın Yer qabığında hərəkəti zamanı temperatur, təzyiq və kimyəvi tərkibində baş verən dəyişiklikləri özündə saxlayır.

Lazer texnologiyaları və geokimyəvi məlumatlardan istifadə edən tədqiqatçılar püskürmə zamanı səthə çıxan maqmanın kristallarında ortaq kimyəvi xüsusiyyət aşkarlayıblar. Həmçinin yerin altında qalan maqma ilə səthə çıxan maqma arasında fərqlər müəyyənləşdirilib.

Araşdırma göstərib ki, dərinliklərdən gələn isti maqmanın yuxarıdakı maqma anbarlarına daxil olması püskürməyə şərait yarada bilər.

Püskürmələri əvvəlcədən bilmək mümkün olacaq?

Kəşf xüsusilə Sakit okeanın “Odlu halqa” adlanan vulkanik qurşağı üçün əhəmiyyətlidir. Gələcəkdə kristalların kimyəvi təhlili təhlükəli vulkanları müəyyənləşdirməyə və müşahidələri gücləndirməyə kömək edə bilər. Lakin yeni üsul hələlik püskürmənin dəqiq tarixini göstərmir.

“Cəhənnəmin ağzı”nda təhlükəli dəyişikliklər

Bu arada Nikaraquada “Cəhənnəmin ağzı” kimi tanınan vulkanın altında iki maqma anbarının dolması ehtimalı aşkarlanıb. Peyk görüntülərinə əsasən, 2022-2024-cü illərdə vulkanın səthinin bir hissəsi yüksəlib, Santyaqo krateri ətrafında isə çökmə davam edib.

Alimlər bu dəyişikliklərin yeni maqmanın daxil olması ilə əlaqəli ola biləcəyini bildirirlər. Mümkün püskürmə riskini qiymətləndirmək üçün müşahidələrin davam etdirilməsi vacib sayılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar