Bakıda həbsxanaya diş pastasının içində  narkotik keçirmək istədilər
15 may 2025 10:56 (UTC +04:00)

Bakıda həbsxanaya diş pastasının içində narkotik keçirmək istədilər

Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Lent.az-a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, həbs olunmuş şəxs Vahid Novruz oğlu Kazımova göndərilmiş banderola baxış keçirilən zaman diş pastasının içərisində xüsusi üsulla gizlədilmiş 8 ədəd bükülüdə ümumi çəkisi 0,352 qram metadon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - məlumatda vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar