Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsinin ərazisində yerləşən istirahət mərkəzində qeydə alınıb.
Orada fəhlə işləyən, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Elçin Cavatoviç Ramazanovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.