Bakıda itən azyaşlının valideynləri tapıldı - VİDEO  - YENİLƏNİB
30 yanvar 2026 15:07 (UTC +04:00)

Bakıda itən azyaşlının valideynləri tapıldı - VİDEO - YENİLƏNİB

0

Həyata keçirilən operativ tədbirlər nəticəsində uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub.

***
14:43

Bakıda itən azyaşlının valideynləri axtarılır.

Lent.az xəbər verir ki, bu barəd DİN-in mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda qeyd edilib ki, YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Səid adlı azyaşlı uşaq aşkarlayıb:

"Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər. Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 934

Oxşar yazılar