Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar  siyahısına əlavə edəcək
30 yanvar 2026 06:22 (UTC +04:00)

Britaniya SEPAH-ı qadağan olunmuş təşkilatlar siyahısına əlavə edəcək

0

Böyük Britaniya hökuməti İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qadağan olunmuş təşkilatlar siyahısına əlavə edilməsinə nəzərdə tutan qanun layihəsi hazırlayacaq.

Lent.az xəbər verir ki, bu barədə “The Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, qanun layihəsi 2026-cı ildə Parlamentə təqdim olunacaq.

Məlumatda o da qeyd olunur ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və xarici kəşfiyyat xidməti MI6 SEPAH-ın qara siyahıya salınmasını dəstəkləmir. Onlar bu addımın London və Tehran arasında diplomatik kanalları məhv edəcəyindən və Britaniya diplomatlarının İrandan çıxarılmasına səbəb olacağından qorxurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar