“Marsel”in azarkeşi qapıçının qolundan sonra şoka düşdü:  televizorunu sındırdı
30 yanvar 2026 09:38 (UTC +04:00)

“Marsel”in azarkeşi qapıçının qolundan sonra şoka düşdü: televizorunu sındırdı

0

"Benfika"nın qapıçısı Anatoli Trubin Çempionlar Liqasının qrup mərhələsinin oyununun əlavə vaxtında "Real"ın qapısına qol vurub. Portuqaliya komandası İspaniya komandasını 4-2 hesabı ilə məğlub edib.

Lent.az-ın xəbərinə görə, ukraynalı qapıçı əlavə vaxtın səkkizinci dəqiqəsində cərimə zərbəsindən başla vurduğu qol oyunda sonuncu olub.

Bunun sayəsində Lissabon klubu Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb: onlar doqquz xal toplayaraq turnir cədvəlində 24-cü yeri tutublar, üstün qol fərqinə görə (müvafiq olaraq -2 və -3) “Marsel”dən irəlidə olublar.

Fransız klubunun azarkeşləri qəzəbləniblər. Hətta Trubinin qolundan sonra biri televizoru sındırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar