Bakıda kişi yaşadığı evin həyətində ölü halda tapılıb.
Lent.az xəbər verir ki, hadisə Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda baş verib.
42 yaşlı Şahpələngov Vaqif Səbahəddin oğlunun meyiti yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun hansı səbəbdən öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.