Bakıda küçədə söyüş söyənlər  həbs olundu
10 oktyabr 2025 11:43 (UTC +04:00)

Bakıda küçədə söyüş söyənlər həbs olundu

0

Bakıda küçədə söyüş söyənlər saxlanılıb.

Lent.az-ın məlumatına görə, hadisələr Xətai rayonu ərazisində baş verib.

36 yaşlı Bəhmən Sadıqov (ad və soyad şərtidir) Məhəmməd Hadi küçəsindəki “Baku Electronics” mağazasının qarşısında, 29 yaşlı Sabir Ucalov (ad və soyad şərtidir) isə Neapol küçəsində ucadan söyüş söydükləri üçün polis tərəfindən saxlanılıblar. Onların hər ikisi əvvəlcə polisin qanuni tələbinə tabe olmayıblar.

Təqsirləndirilən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin qanuni tələbinə məhəl qoymamaq) maddələri ilə protokollar tərtib olunub.

Xətai rayon Məhkəməsində keçirilən iclaslar zamanı onların hər biri barəsində 8 gün müddətinə inzibati həbs cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 646

Oxşar yazılar