Oğurluq anı
20 oktyabr 2021 16:40 (UTC +04:00)

Oğurluq anı

Bakıda mağazalardan oğurluq edənlər tutuldu - VİDEO

Bakının Binəqədi rayonunda mağazalardan oğurluqlar edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonunda yerləşən obyektlərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektin qapısını qıraraq içəri daxil olub kassa aparatında olan 9000 manatı oğurlayaraq hadisə yerindən yayınıb. Həmin şəxsin mağazaya daxil olması təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Səbuhi Sultanov saxlanılıb. Həmin şəxs ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.  

Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində rayon ərazisində yerləşən daha bir mağazadan oğurluq edən şəxs saxlanılıb. Əməliyyat zamanı yetkinlik yaşına çatmadığına görə şərti adı Elsevər Mahmudov tutulub. Araşdırma zamanı onun Binəqədi rayonunda yerləşən obyektlərdən birinə açıq qalmış qapıdan daxil olaraq kasaadan pul oğurladığı məlum olub. Bu şəxsin də mağazaya daxil olaraq oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə görüntülənib.

Saxlanılan hər iki şəxs barəsində 5-ci Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bu şəxslərin paytaxt  ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Binəqədi rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin  Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Binəqədidə mağazalardan oğurluq edənlər tutuldu

# 3678
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00
Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

Nohur göl daşdı, istirahət mərkəzinə ziyan dəydi

18 may 2024 , 11:42