Bakıda marketdən 700 manatlıq içki  OĞURLANDI
29 oktyabr 2021 22:17 (UTC +04:00)

Bakıda marketdən 700 manatlıq içki OĞURLANDI

Bakıda market qarət olunub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, oktyabrın 22-də rayon ərazisindəki marketlərin birindən 700 manat dəyərində 30 ədəd spirtli içki oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəfərzadə saxlanılıb.

# 2070
avatar

Mehman Nəbiyev

Oxşar yazılar