Bakıda marketdən pişik yemləri  oğurlayan həbs olundu
03 mart 2026 11:49 (UTC +04:00)

Bakıda marketdən pişik yemləri oğurlayan həbs olundu

0

Bakıda marketdən pişik yemləri oğurlanıb.

Lent.az-ın məlumatına görə, hadisə “Al Market” mağazalar şəbəkəsinin Səbail rayonu, A. Abbaszadə küçəsində yerləşən filialında qeydə alınıb.

39 yaşlı Fərid Əliyev (ad və soyad şərtidir) mağazadan spirtli içkilər və pişik yemləri oğurlayıb. Bununla da, mağazaya 479 manat ziyan vurub. O, polis tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.

Fərid Əliyev ifadəsində, vurduğu ziyanı ödəyə bilmədiyini və əməlindən peşman olduğunu deyib.

Məhkəmənin qərarı ilə o, 25 gün müddətinə həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar