Bakıda maşın 23 yaşlı piyadanı vurub öldürdü
07 mart 2023 09:16 (UTC +04:00)

Bakıda maşın 23 yaşlı piyadanı vurub öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Mehman Dadaşov idarə etdiyi "Skoda" markalı avtomobillə yolu keçən, 2000-i il təvəllüdlü Rafət Manafovu vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

Piyada ölümü ilə nəticələnən digər yol-nəqliyyat hadisəsi isə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Mehdi Sadıqov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən, 1939-cu il təvəllüdlü Arif Babayevi vuraraq öldürüb.

Hər iki hadisə ilə bağlı araşdırma aparılır.

# 1824
avatar

Oxşar yazılar