Apreldə gözlənilən  maqnit qasırğaları:   əlverişsiz günlərin cədvəli
02 aprel 2024 09:09 (UTC +04:00)

Apreldə gözlənilən maqnit qasırğaları: əlverişsiz günlərin cədvəli

Aprel ayında üç dövr maqnit qasırğası gözlənilir. Bəziləri kifayət qədər uzun, digərləri qısa olacaq.

Lent.az-ın xarici mediaya istinadən məlumatna görə, aprelin ilk maqnit qasırğası ayın 3-də başlayacaq və üç gün - aprelin 5-i daxil olmaqla davam edəcək. Bu maqnit qasırğasının gücü 2 bal olacaq. Çox güman ki, bu, tamamilə sağlam insanlara təsir etməyəcək, lakin hava şəraitindən asılı olan insanların sağlamlıqlarında bir qədər pisləşmə müşahidə oluna bilər.

İkinci maqnit qasırğası aprelin 9-da başlayacaq və ertəsi gün - aprelin 10-da başa çatacaq. Qasırğanın gücü 3 bal təşkil edəcək. Bu dövrdə hava şəraitindən asılı olan insanlarda ürəkbulanma, başgicəllənmə, baş ağrısı, qan təzyiqinin yüksəlməsi və ümumi vəziyyətin pisləşməsi kimi əlamətlər müşahidə oluna bilər.

Apreldə üçüncü maqnit qasırğası iki gün - fevralın 24-dən 25-dək davam edəcək. Bütün dövr ərzində onun gücü 3 bal olacaq.
 

# 10671
avatar

Oxşar yazılar