Bakıda avtomobil piyadanı vurub.
Lent.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.
Şahverənov Namik Natiq oğlu idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Seyidcanova Ramıla İldırım qızını vurub. Daha sonra “Toyota Prius” markalı avtomobilə çırpılıb.
Nəticədə R. Seydicanova aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanıb.