Bakıda maşını olmayan qadına CƏRİMƏ GƏLDİ
05 noyabr 2021 11:44 (UTC +04:00)

Bakıda maşını olmayan qadına CƏRİMƏ GƏLDİ

Bakıda avtomobili olmayan qadına cərimə yazılıb.

Lent.az xəbər verir ki, bu barədə həmin qadının bacısı Rəfiqə Məmmədzadə məlumat verib.

O bildirib ki, bacısının maşını olmadığı halda ona İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (Dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsi ilə 20 manat cərimə olunması barədə mesaj gəlib.

Yaranmış anlaşılmazlıq barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Lent.az-a danışıb. Onun sözlərinə görə, cərimələr mərkəzi informasiya sistemindəki məlumatlar əsasında yazılır:

“Həmin qadının adına cərimə yazılması əslində BNA-nın problemi deyil. Ona görə də onun adına əvvəllər maşın alınması, kiməsə etibarnamə verməsi dəqiqləşdirilməlidir”.

Cərimə mesajı

# 3981
avatar

Mehman Nəbiyev

Oxşar yazılar