Oğurluq anı
25 oktyabr 2021 15:12 (UTC +04:00)

Oğurluq anı

Bakıda maşınları qarət edən tutuldu - VİDEO

Nərimanov rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı müxtəlif vaxtlarda rayon ərazisində avtomobillərin şüşələrini qıraraq salonlardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq, təkrar törədildikdə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə məhkum olunmuş Nurlan Hüseynov saxlanılaraq istintaqa təqdim edilib.

Araşdırma zamanı onun Nərimanov rayonu ərazisində müxtəlif markalı 8 avtomobilin salonundan maqnitafonlar, pul və digər əşyalar oğurlayaraq dəyər-dəyməzinə satdığı məlum olub.

Qeyd edək ki, Nurlan Hüseynov oğurluğa gedən zaman həmin ərazilərdə quraşdırılan müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bu isə onun qeyd edilən hadisələri törətdiyini bir daha sübut edir. 

Nurlan Hüseynov barəsində 17-ci Polis Şöbəsində toplanan materiallar arşadırılması üçün Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə, digər ərazi polis orqanlarına, habelə Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

Bakıda avtomobillərdən oğurluq edən tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1725

Oxşar yazılar

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

Ağdamda 67 yaşlı kişi evində ölü tapıldı

19 iyun 2025 , 09:50
Balakəndə 49 yaşlı kişinin meyiti evinin həyətində  tapıldı

Balakəndə 49 yaşlı kişinin meyiti evinin həyətində tapıldı

19 iyun 2025 , 09:23
Ramiz Duyğun VƏFAT ETDİ

Ramiz Duyğun VƏFAT ETDİ

19 iyun 2025 , 08:46
Daşkəsəndə 62 yaşlı kişi qumun altında  öldü

Daşkəsəndə 62 yaşlı kişi qumun altında öldü

18 iyun 2025 , 22:09
Azər Qasımlının məhkəməsi başladı

Azər Qasımlının məhkəməsi başladı

18 iyun 2025 , 19:40
Gəncədə hamamda PARTLAYIŞ:   yeniyetmə qız yaralandı

Gəncədə hamamda PARTLAYIŞ: yeniyetmə qız yaralandı

18 iyun 2025 , 19:28
Cəlilabadda gənc oğlan  itkin düşdü

Cəlilabadda gənc oğlan itkin düşdü

18 iyun 2025 , 18:53
Qaradağda ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Qaradağda ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

18 iyun 2025 , 17:28