Bakıda qəzaya düşən sürücü ölüb.
Lent.az xəbər verir ki, hadisə iyunun 29-da Sabunçu rayonu ərazisində qeydə alınıb.
61 yaşlı Zəfərov Mais Hacı oğlunun idarə etdiyi minik avtomobili yük maşını ilə toqquşub. Xəsarət alan Mais Zəfərov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, iyulun 6-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.