Bakıda qaçırılan 14 yaşlı qız TAPILDI
03 noyabr 2021 11:31 (UTC +04:00)

Bakıda qaçırılan 14 yaşlı qız TAPILDI

Bakıda qaçırılan yeniyetmə qız tapılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 14 yaşlı A.L (şərti ad) noyabrın 2-də axşam saatlarında tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Xatırladaq ki, hadisə noyabrın 1-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisində baş verib. 14 yaşlı A.L (ad, soyad şərti) naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

# 3870
avatar

Mehman Nəbiyev

Oxşar yazılar