Bakıda avtobusda ölən şəxsin kimliyi bilinib.
Lent.az unikal.az-a istinadla xəbər verir ki, sərnişin avtobusunda qəfil ölən 69 yaşlı Məhəddin Məhəmməd oğlu Aydəmirov general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Onun cərrah olduğu və uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işlədiyi bildirilir.
***
14:58
Bakıda sərnişin avtobusda ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, H.Cavid prospekti 30-da "BakuBus"a məxsus 53 saylı marşrut avtobusunda baş verib.
Paytaxt sakini olan 69 yaşlı Məhəddin Məhəmməd oğlu Aydəmirov infarktdan ölüb.
Araşdırma aparılır.