Güzgü bakteriyaları həyata təhlükə  yarada bilər
27 yanvar 2026 10:28 (UTC +04:00)

Güzgü bakteriyaları həyata təhlükə yarada bilər

1

Yaxın onilliklərdə ortaya çıxa biləcək sintetik güzgü bakteriyaları alimlər arasında ciddi narahatlıq doğurur. Tədqiqatçılar bunun insanlar, heyvanlar və ətraf mühit üçün risklər yarada biləcəyini xəbərdar edirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, müxtəlif ölkələrdən olan alimlər “güzgü bakteriyaları” adlanan ideya ilə bağlı həyəcan siqnalı verirlər. Bu, güzgü xiralılığına malik molekullardan qurulan sintetik həyat formalarıdır. Təxminən 40 tədqiqatçıdan ibarət nüfuzlu qrupun fikrincə, bu cür eksperimentlər Yer üzündə həyata və ümumilikdə ekosistemlərə ciddi təhlükə yarada bilər.

Alimlər qeyd edirlər ki, güzgü orqanizmləri nəzəri olaraq təbii şəraitdə yaşaya və adi bakteriyalar kimi inkişaf edə bilər. Lakin onların canlı sistemlərlə qarşılıqlı əlaqəsi tamamilə fərqli olacaq. Əks xiralılığa görə bu bakteriyalar potensial olaraq insanların, heyvanların və bitkilərin immun reaksiyasından yayınmaq, sürətlə çoxalmaq və hətta antibiotiklərə davamlılıq qazanmaq qabiliyyətinə malik ola bilər.

Güzgü molekullarının tibbdə potensial dəyərinə baxmayaraq, hesabat müəllifləri qəti nəticəyə gəlirlər: bu gün üçün üstünlüklər mümkün fəlakətli nəticələri üstələyə bilmir. Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiyada mikroqravitasiya şəraitində təkamül keçirib və Yerə qayıdan viruslar bakteriyalara hücum etmək qabiliyyətinin artdığını göstərib. Yeni araşdırma mikroqravitasiyanın bakteriya və faqaların davranışını dəyişdirdiyini nümayiş etdirir və antibiotiklərə davamlı infeksiyalara qarşı müalicələrin yaradılması üçün imkanlar açır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 428

Oxşar yazılar