Avtobusda ölən generalın   qardaşı imiş - YENİLƏNİB
27 yanvar 2026 15:44 (UTC +04:00)

Avtobusda ölən generalın qardaşı imiş - YENİLƏNİB

1

Bakıda avtobusda ölən şəxsin kimliyi bilinib.

Lent.az unikal.az-a istinadla xəbər verir ki, sərnişin avtobusunda qəfil ölən 69 yaşlı Məhəddin Məhəmməd oğlu Aydəmirov general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.

Onun cərrah olduğu və uzun illər Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı kimi işlədiyi bildirilir.

***
14:58

Bakıda sərnişin avtobusda ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu, H.Cavid prospekti 30-da "BakuBus"a məxsus 53 saylı marşrut avtobusunda baş verib.

Paytaxt sakini olan 69 yaşlı Məhəddin Məhəmməd oğlu Aydəmirov infarktdan ölüb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1320

Oxşar yazılar